
Yunan Katolik Kilsəsinin baş keşişi Abdullah Yulio, İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülən Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyənin “xalqına sadiq olan hər kəslə eyni taleyi paylaşdığını” bildirib və əlavə etib ki, “vətəni şəhidlərin saf qanı qurdu”. Gununsesi.info xəbər verir ki, fələstinli baş keşiş Yulio, “Şəhidimiz İsmayıl Haniyə üçün başsağlığı veririk. Bütün şəhidlərimizə Allahdan sonsuz rəhmət diləyirəm” deyib.
“Uca Allahdan xalqımıza səbr, təsəlli və daha çox mətanət diləyirik ki, arzularımızın gerçəkləşdiyini görənə qədər yolumuza davam edək. Haniyə qardaşın sonu xalqına sadiq olan hər bir insanın taleyidir”,- deyə dəyərləndirən fələstinli baş keşiş Yulio hər bir fələstinlinin növbəti şəhidlik namizədi ola biləcəyini bildirib.
Baş rahib Yulio, “Biz sülh diyarı Fələstin üçün hər gün sülh üçün dua edirik, işğalla barış yoxdur“ deyib.
Gununsesi.info