Prezident İlham Əliyev bir sıra kino işçilərini təltif etdi

  • By ilhame
  • 01 Avqust 2024 13:48

Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

President.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilirlər:

 

Cilqamlı Rəmziyə Əkrəmovna

 

Quliyeva Gülşən Rəsul qızı

 

Məmmədov Rövşən İsax oğlu

 

Nəcəfov Bayram Hidayət oğlu

 

Yunusov Ədalət Məmməd oğlu.

 

Həmçinin, Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

 

Qurbanova Firəngiz Ağa Dadaş qızı

 

Rüstəmov Akif Zabi oğlu.

Gununsesi.info