Keçmiş namizədlər Trampı dəstəkləyirlər

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasından keçmiş prezident Donald Trampla yarışan və daha sonra geri çəkilən Nikki Heyli və Ron DeSantis bu seçkidə Trampın yanında olduqlarını bildiriblər.

Gununsesi.info ABŞ mediasına istinadən xəbər verir ki, Heyli və DeSantis Milwaukeedə keçirilən Respublikaçılar Partiyasının Milli Konqresində çıxış ediblər.

 

İnsanların Trampa səs verməsi üçün onunla razılaşmaq məcburiyyətində olmadığını ifadə edən Heyli, Trampla hər zaman həmfikir olmamışıq, amma razılaşa bilmədiyimiz məsələlərdən çox, razılaşdığımız mövzular volduğunu bildirib.

 

Nikki Haley Trampı dəstəklədiyini bir daha təkrarlayıb və Trampın İran və Rusiya-Ukrayna məsələlərində xarici siyasət mövqeyi ilə bağlı “sərt” qərarlarını düzgün qiymətləndirib.

 

DeSantis, həmçinin qeyd edib ki, ABŞ prezidenti Co Bayden amerikalıları məyus edib və Trampın prezidentliyinin daha “çiçəkli” olduğunu müdafiə edib.

 

Xatırladaq ki, ABŞ-da Florida qubernatoru Ron DeSantis yanvarın 5-də keçiriləcək prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlamışdı.

 

Respublikaçılar Partiyasında Trampa qarşı ən uzun rəqibi olan Nikki Heyli də mart ayında keçirilən praymerizdə istədiyi nəticələri ala bilmədikdən sonra yarışdan çəkildiyini açıqlayıb.

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 13-də seçki mitinqində məruz qaldığı sui-qəsd cəhdindən sonra ötən axşam Respublikaçılar Partiyasının Milli Konqresinə qatılaraq ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

 

Qeyd edək ki, Trampın cümə axşamı Konqresdə çıxış edəcəyi gözlənilir.

 

 

 

Gununsesi.info