Beyləqanda 5 otaqlı ev yandı

Beyləqan rayonunda evdə yanğın olub.

 

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Məlumata görə, rayonun Bünyadlı kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Gununsesi.info