Müdafiə naziri COVID-19-a yoluxub

Müdafiə naziri Zakir Həsənov koronavirusa (COVID-19) yoluxub.

Gununesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi zamanı deyib.

“Zakir Həsənov xəstələndi, Covid oldu”, – Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı müdafiə nazirinin müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Zakir Həsənova salam söyləməyi tapşırıb, şəfa arzulayıb.

Xatırladaq ki, bu gün 8 Noyabr – Zəfər Günü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfər gəlib. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada görüş keçirib.

 

Gununesi.info