
Qazaxıstan “Taliban”ı terrorçu təşkilatların siyahısından çıxarıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev iştirakçı ölkələrin parlamentlərinin spikerləri ilə görüşü zamanı deyib:“Qazaxıstan müasir Əfqanıstanla ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək, Taliban rejimini terrorçular siyahısından çıxarıb”.
Qazaxıstan lideri onu da vurğulayıb ki, Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb olunması indi strateji vəzifədir.
Bildirilir ki, respublika hökuməti 29 dekabr 2023-cü ildə Talibanı qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib. Bu qərar digər məsələlərlə yanaşı, hərəkatın BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısında olmaması ilə izah edilib.
Gununsesi.info