
Avropa İttifaqı (Aİ) məşhur rusiyalı müğənni Polina Qaqarinanı “qara siyahı”ya salıb.
Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə bildirilib.
Sənədə əsasən, həmçinin “Şaman” təxəllüsü ilə tanınan müğənni Yaroslav Dronov və aktyor İvan Oxlobistin də “qara siyahı”ya daxil edilib.
Sənəddə qeyd olunub ki, bu mədəniyyət xadimləri Rusiya silahlı qüvvələrinə dəstək tədbirlərində iştirak ediblər.