Siyəzəndə yanacaqdaşıyan avtomobil piyadanı vurub

  • By ilhame
  • 06 İyun 2024 21:26

Bakı-Quba avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə yolun Siyəzən rayonu, Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Elşən Əzizovu yanacaqdaşıyan avtomobil vurub. Nəticədə piyada hədisə yerində ölüb.

 

Faktla bağlı araşdirma aparılır.

Gununsesi.info