
Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” Açıq Səhmdar Cəmiyyətində yeni təyinatlar olub.
Gununsesi.info -nun Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, “Azgranata” MMC-nin meneceri vəzifəsində çalışmş Rövşən Paşayev “Aqroservis” ASC-nin Təchizat və Logistika şöbəsinin müdiri, ayaqqabı fabrikində işləmiş Ramin Nəcəfov Daxili Audit şöbəsinin müdiri, maliyyəçi Eldəniz Əliyev maliyyə direktoru təyin olunublar.
Bu barədə “Aqroservis” ASC-nin sədri Mehman Veysəlov əmr imzalayıb.