
Azərbaycanın Suriya Respublikasındakı səfirliyinin təşəbbüsü, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) dəstəyi və Suriya Qadın Xeyriyyə Cəmiyyətinin əməkdaşlığı ilə 25-27 mart tarixlərində Dəməşq və paytaxtın Spena qəsəbəsində 1000 kimsəsiz uşaqlar üçün iftar mərasimi keçirilib.
Səfirlikdən Gununsesi.info-ya verilən məlumata görə, üç gün davam edən xeyriyyə tədbirləri çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli proqramlar təşkil edilib.
Bu tədbirlər onlara unudulmaz anlar yaşadıb və həqiqi bayram əhval-ruhiyyəsi bəxş edib.