Ankarada faciə - 6 nəfər öldü

Türkiyənin paytaxtı Ankarada ağır qəza baş verib.

Gununsesi.info  TRT-yə istinadən xəbər verir ki, Ankaranın Haymana rayonunda iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Məlumata görə, ötmə əməliyyatı düzgün aparılmadığı üçün iki avtomobil toqquşub.

Yaralılar xəstəxanalara çatdırılıb, qəza ilə bağlı araşdırma aparılır.

1425169