Buna görə oyuna hakimsiz çıxdılar

  • By Admin2
  • 28 Mart 2025 16:27

Niderland Həvəskarlar Liqasının komandaları – SV Brandevoort və SV De Braak Helmondda hakimsiz matç keçiriblər.

Gununsesi.info “Aktif Tv”ə istinadən xəbər verir ki, hakimsiz baş tutan oyunda futbolçular qaydalara əməl edib.

İlk qayda pozuntusu 17-ci dəqiqədə aradan qaldırılıb. Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

“De Braak”ın kapitanı Larbi Kerkaze oyundan sonra hakimsiz futbol oynamağın çətin olduğunu bildirib:

“Matçda müəyyən məqamlar olur ki, hakimə ehtiyacınız olur. Bu layihəni həyata keçirməyimiz xoşuma gəlir, amma bu, məşq matçı olması və komandaların bir-birini tanımasıdır. Proqramda vacib matç olanda hakim həlledici rol oynayır”.

Məlumata görə, təcrübə hakim-oyunçu gərginliyini azaltmaq və ədalətli oyun ruhunu gücləndirmək məqsədi daşıyıb.

Gununsesi.info