Kanalda batan 17 yaşlı qızın meyiti 10 gündən sonra tapıldı

  • By Admin2
  • 29 Mart 2025 15:27

Bərdədə kanalda batan 17 yaşlı qızın meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, martın 19-da Yuxarı Qarabağ kanalında batdığı ehtimal edilən Bərdə rayon sakini 2008-ci təvəllüdlü Gülçin Cəfər qızı Xəlilovanın meyiti 10 gün sonra Qaraqoyunlu kəndi ərazisində aşkarlanıb.

Onun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

 

Gununsesi.info

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.