Sabah Qubad İbadoğlunun şikayətinə baxılacaq

Sabah Bakı Apellyasiya Məhkəməsində Qubad İbadoğlu barəsində seçilmiş həbs qərarından verilən apellyasiya şikayətinə baxılacaq.

 

Gununsesi.info xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova məlumat yayıb.

 

O qeyd edib ki, iclasın saat 12:30-da keçirilməsi nəzərdə tutulub.

 

Şəbnəm

Gununsesi.info