Prezidentin oğlu özünü təqsirli bilməyib – Hunterin müdafiə anlaşması hakimin narahatlıqları ilə uğursuz oldu

  • By arzu
  • 27 İyul 2023 13:34

Amerika Prezidenti Co Baydenin oğlu Hunter Bayden ötən ay iki vergi cinayətində ittiham edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, oğul Bayden hakimin razılaşma ilə bağlı narahatlıqlarının ardından məhkəmə toplantısı zamanı federal prokurorluqla anlaşmanın üstü açıldıqdan sonra iki vergi cinayəti ittihamını rədd edib.

Oğul Bayden həm 2017-ci ildə, həm də sonrakı il 1,5 milyon dollardan artıq gəlirdən 100 min dollardan çox olan vergiləri ödəməmək ittihamı ilə günahlandırılıb. Planlama edən prokurorlarla anlaşdıqdan sonra günahını qəbul edəcəyi gözlənirdi: İki illik sınaq müddəti tövsiyyə edilsin. Ancaq həmin sözləşmə indi gözləmədədir.

Ancaq çərşənbə günü keçirilən məhkəmə toplantısında ilkin anlaşmanın onu gələcəkdəki hansısa bir ittihama qarşı qoruyub-qorumayacağı mövzusu çəkişmə yaradıb.

Keçmiş Prezident Donald Tramp tərəfindən təyin edilən Amerika Bölgə Məhkəməsinin hakimi Maryellen Noreika anlaşmanın dili ilə bağlı narahatlıqlarını gilə gətirib.

Ayrıca, Bayden narkotik istifadəçisi olan bir nəfər tərəfindən odlu silah gəzdirməklə ağır ittiham edilmişdi.

Oğul Bayden yönəltmə müqaviləsi imzalamağı qəbul etmişdi. Bu da texniki olaraq cinayəti qəbul etməyəcəyi anlamına gəlirdi.

Anlaşmanın şərtlərinə bağlı qaldığı müddətcə məhkəmə davası onun şəxsi işindən silinəcəkdi. Əksi durumda, anlaşma ləğv ediləcək və ittihamla 10 il həbs edilmə təhlükəsi var.

Vəkillərə prosesin davamından öncə problemləri həll etməyin lazımlığını söyləyən hakim Maryellen Noreika üçün toqquşan razılaşmalar çaşqınlıq yaradıb.

Dayandırılan məhkəmə çaşdırıcı bir yenilik idi. Çünki müdafiə həftələr boyunca diqqətlicə müzakirə edilmişdi və Ədliyyə  Nazirliyinin hakimləri və Baydenin vəkilləri arasında uzun bir gediş-gəlişi özündə daşıyırdı.

Məqsəd oğul Bayden üçün “havanı təmizləmək” və həftələrlə, ya da aylarla diqqət dağıdıcı manşetlərə yol açacaq məhkəməni önləmək idi.

Məhkəmə ittiihamları davam edərkən ABŞ Prezidenti Co Bayden “Oğlumla qürur duyuram”, demişdi.

 

Tərcümə: Arzu

Gununsesi.info