Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 244 270 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 186 tank, 8 147 zirehli maşın, 4 745 artilleriya sistemi, 698 reaktiv yaylım atəşi sistemi, 457 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 311 helikopter, 3 996 PUA, 1 347 qanadlı raket, 18 gəmi/qayıq, 7 229 avtomobil texnikası və avtosistern, 708 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Ukraynada müharibə 2022-ci il fevralın 24-də başlayıb.