
Türkiyənin Xarici İşlər Nazirliyi Nigerdəki hərbi çevrilişlə bağlı açıqlama yayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin açıqlamasında Nigerdəki olaylardan dərin narahatlıq ifadə olunur.
“Demokratik seçkilərlə iş başına gələn Prezident Məhəmməd Bazoumun vəzifəsindən girov götürülməsini və bütün demokratik qurumların ləğv edilməsini dərin narahatlıqla izləyirik”, – deyə nazirlik bildirir.
“Dost və qardaş Nigerdə konstitusion nizam, ictimai barışıq və sabitliyin pozulmamasını arzulayırıq. Türkiyə içindən keçdiyi bu çətin dönəmdə Nigerin yanında yer almağa davam edəcək”.
Tərcümə: Arzu