PKK-nın liderləri Brüsseldə göründü

 PKK terror təşkilatı-nın Avropadakı liderləri Zübeyir Aydar və Adem Uzun Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamenti qarşısında PKK lideri Abdullah Öcalan üçün keçirilən nümayişdə iştirak ediblər.

Gununsesi.info xəbər verir ki, terrorçular nümayişdə əsasən PKK lideri Öcalanın lehinə qatılıblar.

Brüsseldə keçirilən nümayişdə Öcalanın fotoşəkili olan pankartlar açılıb, PKK lehinə şüarlar səsləndirilib.

Bəzi Avropa ölkələrindən qeyri-hökumət təşkilatları və bələdiyyə nümayəndələrinin qatıldığı nümayişdə Öcalana dəstək ifadələri də səsləndirilib.

Bildirilir ki, “Qırmızı bülletenlə” axtarışda olan terror təşkilatı PKK-nın avropalı liderləri Adem Uzun və Zübeyir Aydarın uzun illərdir Belçikada yaşadıqları məlum olub.

Qeyd edək ki, Zübeyir Aydar 2009-cu ildə ABŞ, 2011-ci ildə isə Adəm Uzun tərəfindən “Xüsusi təyin olunmuş narkotik qaçaqmalçısı” kimi elan edilib.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info