
İranda son günlərdə nə kimi xəbərlər var? Nələr baş verir?
Gununsesi.info xarici mətbuata istinadən yaşanan xəbərlərin özətini sizə təqdim edir
İranın iqtisadi çöküşü və kütləvi partlayış ehtimalı
İrandakı bir çox hökumət və hökumətdənkənar mütəxəssislərin fikrincə, İbrahim Rəisi iqtiadrındakı “80 illik inflyasiya rekordu”nun siyasi nəticələri var.
28 iyulda dövlət tərəfindən idarə edilən “Etemad” qəzeti rejimə bağlı iqtisadçı Huseyn Roqfarın hökumət korrupsiyalarını bu şəkildə açıqladığını dərc edir:
“Emal proyekti, iqtisadi və ictimai yerlərdəki klassik korrupsiyanın açıq bir örnəyidir. İqtisadiyyat elmlərində əlverişlilik layihəsinin açıq bir örnəyi olduğu korrupsiya ilə bağlı bir tarazlıq ortaya çıxarır. Korrupsiyanın monopoliyaya müsbət təqdir səlahiyyəti, mənfi hesabatlılıq olduğunu sölyəyirlər. Bu, korrupsiyanln yer aldığı və ictimai qaynaqları oğurladığı tarazlıqdır”.
30 min siyasi dustağın qətlə yetirilməsinin 35-ci ildönümündə azadlıq üçün canını verənləri, sarsılmaz qiyamların toxumlarını əkənləri sayğı ilə anırıq; Gerçəkdən, onlar İran xalqının Demokratik Devrim şəhidləridir. Həsrətləri, idealları çağdaş İran xalqı üçün də keçərli olmağa davam edir.
İranlı siyasi məhkumun edam edilməsi beynəlxalq maraq oyandırdı
İran Xalq Mücahidləri Təşkilatının dəstəkçisi Məhəmməd Cavad Vəfayinin ölüm cəzası alması xəbəri İran rejiminin insan haqları pozuntuları mövzusunda ölkələrarası sferada geniş narahatlığa yol açdı.
Məhza Əmininin faciəvi ölümünün və bir qiyamın partlamasının ildönümündə iki aydan az müddət qala bu qərarın zamanlaması, rejimin 2022-ci ildə xalqın öz idarəetməsinə qarşı etirazlarından duyduğu qorxu səbəbi ilə terror və sındırma cəhdini əks etdirir.
Hazırda 3 ildən çox müddətdə həbsdə olan bir siyasi dustaq üçün ani bir ölüm cəzasının verilməsi rejimin son etiraz səbəbi ilə xalqa qarşı bir intiqam davranışı olaraq görülə bilər.
İşçi fəal Anişa Əsədullahi 5 il Evində məhbus olacaq
Tehran İnqilab Məhkəməsi 2023-cü ilin may ayında xanım Əsədullahini 5 il 8 ay həbs cəzasına çatdırdı. Tehran Bölgə Məhkəməsi sonra bu qərarı təsdiqlədi. Qadın Əsədullahi “toplaşma və gizli razılaşma” və “dövlət əleyhinə propaqanda” suçları üzrə ittiham edildi.
Abbas Darisin edamı keçici olaraq dayandırıldı
Cənab Darisin vəkili 26 iyul 2023-cü il sabah saatlarında “tveet” ataraq onun edamının dayandırılması əmrini ictimaiyyətə bildirdi. Qadın vəkil Fərəştaş Tabanian məhkəmə prosesinin bərpası tələbinin Ali Məhkəmənin 9-cu şöbəsində qeydə alındığını və hökmün icrasının dayandırılmasına dair əmrin Hökmlərin İcrası İdarəsinin Məhşəhrdəki Birinci Şöbəsinə göndərildiyini açıqlayıb.
Qərar, cənab Abbas Darisin edamına qarşı geniş milli və beynəlxalq etirazlardan sonra verilib.
İran rejimi yüksələn Dirəniş Hərəkatı Bölmələrinin artırılmasından təşvişə düşüb
İranın Kəşfiyyat Agentlikləri öz ana müxalifətinə bağlı “Dirəniş Birlikləri”nə qarşı basqıları bir daha elan etdikdən sonra Vaşinqtonda Tehrandakı rejim rəsmilərinin getdikcə daha çox narahat görünməsi ilə bağlı söhbətlər gəzişir.
Bazar günün yüksək səviyyəli rejim yetkilisi Dirəniş Birliklərinə bağlı nəfərlərin Xuzistan, Fars və Kohqiluyehdə həbs edilməsi ilə öyündü.
Bölgənin Baş Prokuroru “sui-qəsdlərlə ölkənin güvənliyini təhlükəyə atmağa çalışdılar”, deyib. Həmin adamların “cihazları”, “pulları, evləri” və “vasitələri”nin olması ilə bağlı narahatlıqlarını dilə gətirib.
Tərcümə: Arzu