Romantik Hindistan və başqaları… -Jalə Mütəllimova yazır

Hindistan Ermənistan üçün Qarabağın bəlli yerlərinə silah yığır. Bunu ötən aylarda Fransa, Rusiya da edirdi. Amerika isə kimyəvi tullantısını Araza axıtmaq şərti ilə yeni zavod tikir Ermənistanda, Araz qırağında, Naxçıvan sərhəddində. O yerdə ki, vaxtilə 1919-cu ildə canişinlik qurub, Cənubi Qafqazın hegemonu olmaq istəyi fiaskoya uğramışdı. Gələk ona ki, indi romantikası ilə göz boyayan, əslində dünyada ən yaxşı İT mütəxəssisləri yetişdirən, silah alverçisi kimi ad çıxaran hinduslar bunu niyə edir?

Kəşmirdə Azərbaycanın haqlı olaraq Pakiatana dəstək verməsinə görə. Bu son deyil.

Türkiyəyə görə, yarı Avropa, yarı Fransa…

Ərəb dünyasını müsəlman-türk ölkələri ilə dostluğa çəkdiyi üçün, Amerika…

Əlcəzairə görə, Fransa…

Cənubi Qafqaza görə, Rusiya…

Moder islamın medafiəsinə görə, dini cərəyanlar, hətta bəzi dövlətlər…

Antiterror siyasətinə görə, bütün terror təşkilatları…

Böyük Qafqazda yenidən nüfuz bölgüsünə səbəb olduğu üçün, bütün hegemon güclər…

Dünya türklərinin hüquqlarını müdafiə edək dediyi üçün, buna qarşı olan PKK, Gülən Camaatı və sairlər Azərbaycanı hədəf edib.

“Siyasətdə dost yoxdur” prinsipi ilə yanaşanda bu normaldır. Amma məsələnin başqa tərəfi də var. Dünyanın Ermənistanı. Ermənilər niyə dayanmır? Dünyanın hər yerində sərvət sahibi ermənilər dövlətlər səviyyəsində, onların təhlükəsizlik orqanları səviyyəsində qorunur, hətta onlarla əməkdaşlıq edirlər. Ermənilər üzərindən “humanitar məqsədli” böyük maliyyəsi olan fondlar qurulur və ermənilər dünya üçün əhəmiyyətli təşkilatlarda postlar tutur. Niyə? Ermənistan hərənin öz marağı üçün Cənubi Qafqazda Azərbaycana tuşlanan “dövlət-silahdır”. Yəni hərbi, siyasi, diplomatik məsələdə kim Azərbaycana bata bilməsə, Ermənistana dost olur, nəsə bağışlayır. Hamının istifadəsində olan ölkədir Ermənistan. Odur ki,

– brincisi, dünyada Ermənistan kimi siyasi əxlaqsız dövlət yəqin ki, yoxdur.

-ikincisi, Azərbaycan bu həmlələrə sinə gərib, xalq və dövlət ittifaqını qoruya bilib, üstəlik də irəliləyirsə, deməli, gələcəyin ən uğurlu modern müsəlman-türk ölkəsidir.

P.S. Şalvarınızı, ətəyinizi başınıza keçirin, harada oturub, kimə söyürsünüz, söyün. Lap tullanın, düşün, şıllaq atın, bunun başqa variantı yoxdur. Zatən bu sadaladıqlarımı məhz başqa yolunuz olmadığından edirsiniz. Bir də təsir vasitəsi söyüş və ya anqırmaqdırsa deməli, qarşı tərəf min faiz haqlıdır. İndi Azərbaycan haqq yolundadır və bütün addımlarında haqlıdır. Çünki ilk dəfə dünya qarşısında aydınca öz milli maraqlarını diqtə edir, öz yolunda yürüyür. Hə, sosial problemlər yoxdurmu, var?!. Şəxsən mənim də var. Amma və lakin qlobal məsələlərimizin yanında, fərdi məsələlərimiz heç nə ifadə eləmir. Sadəcə bir qədər milli kadrlara yer verilsə, qohumbazlıqdan uzaq durmaq, lap azca da nəfsə hakim olunsa, o da həll olunacaq. Çünki d oğurdan da başqa yol yoxdur!..

JALƏ MÜTƏLLİMOVA