Türkiyədən İsrailin təxribatına etiraz – ŞİDDƏTLƏ QINAYIRIQ

  • By arzu
  • 27 İyul 2023 16:43

Türkiyə İsrailin təxribatını qınadığını açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyi İsrail təhlükəsizlik qüvvələrinin nəzarəti altındakı Məscidi-Əqsaya edilən basqını tənqid edib.

“İsrail Milli Təhlükəsizlik Nazirinin radikal sakinlərlə və İsrail təhlükəsizlik qüvvələrinin nəzarəti altında Məscidi-Əqsada etdiyi təxribatçı basqını şiddətlə qınayırıq.

Məsdii-Əqsanın müqəddəsliyini və beynəlxalq qanunlara söykənən tarixi statusunu pozan bu təxribatlara icazə verilməməsi və gərginliyin yüksəlməməsi üçün İsrail yetkililərini ciddiyyətlə gərəkli önləmləri almağa dəvət edirik.

Tərcümə: Arzu

Gununsesi.info