
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev prokurorluğu məhkəməyə verib.
Bu barədə Gununsesi.info-ya onun vəkili Ceyhun Yusifov məlumat verib.
Vəkil Yusifov deyib ki, müvəkkili haqda 2 aydır həbs qətimkan tədbiri seçilib, lakin heç bir istintaq hərəkəti aparılmır:
“Bu səbəbdən istintaq orqanının hərəkətsizliyindən məhkəməyə şikayət ərizəsi verilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə baxılacaq.
Hüseyn Abdullayevlə bağlı heç bir istintaq hərəkəti aparılmır. Belə olan halda həbsdə qalması da mənasızdır. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinə şikayət verdik. Lakin məhkəmə şikayətimizi təmin etmədi. Hazırda həmin qərardan apellyasiya şikayəti vermişik”.
Qeyd edək ki, “Quska” ləqəbli Hüseyn Abdullayev 2018-ci ildə 6 il azadlıqdan məhrum edilmişdi. Bu ilin aprelində onun cəzası başa çatsa da, barəsində yeni cinayət işi açıldığına görə azadlığa çıxa bilməyib.
Eks deputat bu dəfə xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.
Elmar
Gununsesi.info