
Hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyana ilk dəfə ailəsi ilə əlaqə saxlamağa icazə verilib.
Gununsesi.info bildirir ki, bu barədə separatçı rejimin keçmiş dövlət naziri Ruben Vardanyanın sosial şəbəkə hesabında ailəsi yazıb.
Keçmiş Rusiya vətəndaşı və milyarder Vardanyan Azərbaycanın ötən ilin sentyabrında Qarabağda keçirdiyi hərbi əməliyyatdan sonra həbs edilərək Bakıya gətirilib.
Vardanyan Rusiya vətəndaşlığından imtina etdikdən az sonra Azərbaycanın keçmiş separatçı bölgəsinə gəlmişdi.
Şəbnəm
Gununsesi.info