Dünyanın ən balaca məktəbi Azərbaycandadır -Video

Dünyanın ən balaca məktəbi Azərbaycanda yerləşir.

Gununsesi.info-nun xəbərinə görə, Lerik rayonunun Dico kəndində yerləşən məktəbin eni 3, uzunluğu isə 5 metrdir.

Araşdırmalarımız zamanı öyrəndik ki, bu kənd məktəbi dünyanın kiçik məktəbləri arasındadır.
Dico kəndində cəmi 13 ev var.
Məktəbdə təhsil alan gənclərdən Vətən uğrunda savaşda döyüşən oğullar da var. 3 qazisi, 3 şəhidi olan kənddə 10-dan yuxarı müharibə iştirakçıları da var.
Bu məktəbi ən balaca məktəb kimi Ginnesin Rekordlar kitabına daxil edilməsi üçün təqdim etmək olar.

Gununsesi.info