Generala Müdafiə Nazirliyində yüksək vəzifə verildi

Müdafiə Nazirliyində yeni təyinat olub. 

Gununsesi.info  -nun verdiyi xəbərə görə,  Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Müşfiq Xıdır oğlu Məmmədov Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. Hərbi Akademiyanın məzunudur. Əslən Laçın rayonundan olan  general Məmmədov, həm də Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib. O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Gununsesi.info