
Rəqəmsal cihazlardan necə istifadə etmək önəmlidir.
Bu cihazlardan tədris üzrə istifadə olunursa, nəticələr yaxşıya doğru dəyişir. Əgər bu cihazlardan uşaqlar tədris üçün deyil, əyləncə üçün istifadə edirlərsə, bu onlara mənfi təsir göstərir. Ümumilikdə bu fikir məntiqli səslənir və PISA müvafiq göstəriciləri bizə ölçülü şəkildə göstərir.
Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində söyləyib.
Nazir bildirib ki, xüsusilə COVID-19 dövründə bu cihazların təsirləri araşdırılıb.