
Türkiyənin Cümhur İttifaqının sədri Dövlət Baxçalı Azərbaycanın milli isitqlal şairi Əhməd Cavadın ailə üzvləri ilə görüşüb.
Bu barədə Gununsesi.info-ya Əhməd Cavadın nəvəsi Anar Axunzadə bildirib. Onun sözlərinə görə, Dövlət Baxçalı onlarla söhbətində milli-istiqlal şairimiz haqqında yüksək fikirlər səsləndirib.
“Əhməd Cavad sözün başı, gələcəyin sonsuluğudur”-deyə Baxçalı istiqlal şairimizin türk dünyası qarşısındakı xidmətlərindən danışıb.
O, Əhməd Cavadın yaradıcılığının milliyyətçi insanların qəlbində böyük iz saldığını və “Çırpınırdin Qaradəniz”in yer üzündə yaşayan bütün türklər üçün birləşdirici dəyər daşıdığını bildirib: “Belə bir əsəri çıxaran ailənin milliyyətçi olması faktdır. Hərəkat Partiyası və ona rəhbərlik etdiyi TÜRKSOY Milliyyətçi Hərəkat Partiyasını qürurlandırdı. Hamınızın hüzurunda sözün başlanğıcı, gələcəyin əbədiliyi olan Əhməd Cavada minnətdarlığımı bildirirəm”.
Gununsesi.info