Rusiyalı səfir vəfat etdi

Rusiyanın Mozambikdəki səfiri Aleksandr Surikov Maputoda vəfat edib.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi TASS-a bildirib.

 

“Rusiyanın Mozambikdəki səfiri Surikov Maputoda qəflətən dünyasını dəyişib”, – deyə nazirlikdən bildirilib.

 

Qeyd edək ki, 68 yaşlı diplomat Rusiya Prezidenti Vladimir Putinin 29 iyul 2017-ci il tarixli 348 nömrəli fərmanı ilə ölkənin Mozambikdəki səfiri təyin edilib.

Gununsesi.info