Gürcüstanın faktiki rəhbəri səssizliyini pozdu - İVANAŞVİLİ QƏRBİ İTTİHAM EDİR

  • By admin
  • 01 May 2024 15:02

Gürcüstan hökumətinin “xarici agent haqqında” qanunu israrla qəbul etdirməsi cəmiyyətdə böyük gərginliyə səbəb olub.

Gununsesi.infonun xəbərinə görə, Gürcüstdan hökumətinin faktiki rəhbəri, hakim partiyanın qurucusu milyarder Bidzina İvanişvili beynəlxalq ictimaiyyətdən gələn tənqidlərə reaksiya verib.

 

“2008-ci ildə Buxarest sammitində verilən sözə baxmayaraq, Gürcüstan və Ukraynanın NATO-ya üzv olmasına icazə verilmədi və kənarda qaldı. Bütün bu cür qərarları NATO və Avropa İttifaqına həlledici təsirə malik olan, Gürcüstan və Ukraynanı ancaq top yemi kimi görən Qlobal Müharibə Partiyası verir”, – İvanişvili bildirib.

İvanaşvili deyib ki, QHT-lərin qeyri-şəffaf maliyyələşdirilməsi  radikalizm, qütbləşmə yaradıb.

Qeyd edək ki, sonuncu aksiyada polis qüvvələri mitinqçilərə hədsiz güc tətbiq edib.

Bu isə ABŞ və Avropadan Gürcüstana qarşı sərt tənqidlərə səbəb olub.

Günay

Gununsesi.info