
5 may milli istiqlal şairi Əhməd Cavadın doğum günü münasibətilə nəvə və nəticələri şairin Ankarada Türk Tarix Muzeyinin ərazisində ucadılmış heykəlini ziyarət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə onun nəvəsi Anar Axundzadə özünün sosial şəbəkə hesabında yazıb.
O, “Babamız Əhməd Cavadın Ankaradakı heykəlini ziyarət etdik. Ruhu şad olsun!” sözlərini yazaraq fotolar paylaşıb.
Qeyd edək ki, Əhməd Cavad Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim olub.
Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavad XX əsrin otuzuncu illərinin sonunda günahsız yerə repressiya qurbanı olmuşdur.
Gununsesi.info