60 il sonra “Bolonya” Çempionlar Liqasında

İtaliyanın “Bolonya” klubu 60 il sonra Çempionlar Liqasına vəsiqə qazanıb. 

Gununsesi.info xəbər verir ki, klub “Napoli”yə səfərdə qalib gələrək (0:2) uzun müddət sonra Avropanın ən nüfuzlu turnirində iştirak etmə şansı əldə edib.

Xatırladaq ki, “Bolonya” sonuncu dəfə 1964-1965 mövsümündə Avropa Çempionlar Kubokunda iştirak edib.

Gununsesi.info