Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi

Mayın 11-də saat 23 radələrində Ağcabədi rayonunda qətl törədilib.

Gununsesi.info DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Rauf Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Tural Əhmədov saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Gununsesi.info