
Bu gün Şəki rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, rayonun Sarıca kəndində 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynın ön hissəsini düzəldərkən texnika hərəkət etməyə başlayıb.
Nəticədə Qayabaşı kənd sakini olan 61 yaşlı kişi kombaynın altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info