Bakıda binanın zirzəmisindən asılmış meyit tapıldı

  • By Günel
  • 29 Dekabr 2024 23:21

Bakıda intihar hadisəsi baş verib.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış kompleksində qeydə alınıb.

Oradakı binalardan birinin zirzəmisində asılmış kişi meyiti tapılıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin, həmin binanın 75-ci mənzilində yaşayan, 61 yaşlı Nizami İbiş oğlu Xələfov olması müəyyən edilib.

Gununsesi.info