Ermənistan parlamentində müxalif deputatın mikrofonu söndürülüb

  • Müəllif: Orxan
  • 27 Oktyabr 2026 11:33

Ermənistan Milli Məclisinin iclasında müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Kazaryan tribunadan uzaqlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, parlamentin sədri Ruben Rubinyan deputatın çıxışının gündəlikdən kənara çıxdığını bildirərək onu dayandırıb.

Daha sonra Rubinyan Kazaryanın mikrofonunu söndürüb və mühafizə xidmətinə müdaxilə etmək göstərişi verib. Mühafizə əməkdaşları deputatı qolundan tutaraq tribunadan uzaqlaşdırıblar.