Daha bir nəfər dəm qazından öldü

Qubada kişi dəm qazından boğulub.

Gununsesi.info-nun məlumatına görə, hadisə şəhərin Füzuli küçəsində yerləşən həyət evində qeydə alınıb.

Zöhrab Ramazanov sanitar qovşaqda olan zaman qızdırıcı avadanlıqdan sızan dəm qazının qurbanı olub.

Faktla bağlı araşdırma aparılır.