
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il Avropa regionunda 2,7 milyon insanın alkoqol, qalıq yanacaq, tütün və həddindən artıq işlənmiş qida istehlakı səbəbindən öldüyünü açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ÜST dünən dərc olunan hesabatında bildirib.
Bildirilir ki, ÜST hökumətləri sağlamlığa zərər verən məhsulların bazara çıxarılması ilə bağlı daha sərt qaydalar tətbiq etməyə çağırıb.
Hesabatda böyük şirkətlər tərəfindən istehsal olunan 4 əsas məhsul qiymətləndirilib və deyilir: “Dörd korporativ məhsul tütün, ultra emal olunmuş qidalar (UPF), qalıq yanacaq və spirt hər il dünya miqyasında 19 milyon insanın ölümünə səbəb olur ki, bu da bütün ölümlərin 34 faizini təşkil edir. Təkcə Avropa regionunda bu sənayelər hər il 2,7 milyon insanın ölümünə cavabdehdir”.
Hesabatda şirkətlərin siyasətlərinə görə bu 4 əsas kateqoriyada məhsulları istehlak edərək qeyri-infeksion xəstəliklərə yoluxma nümunələrinin olduğu da göstərilib.
Afət
Gununsesi.info