Belarusun Baş naziri: Azərbaycanla qardaşlıq münasibətlərinin ticari-iqtisadi müstəviyə çevrilməsi vacibdir

  • By ilhame
  • 12 İyun 2024 13:34

Parlamentin mövqeyi cəmiyyət üçün çox vacibdir. Onun Belarusla Azərbaycan arasında gələcək illərdə əməkdaşlığın perspektivlərinə dair rəyi dəyərlidir.

 

Gununsesi.info BELTA-ya istinadən xəbər verir ki, bunu Belarusun Baş naziri Roman Qolovçenko Minskdə spiker Sahibə Qafarova ilə görüşü zamanı deyib.

 

R.Qolovçenkonun sözlərinə görə, son ayları Belarus-Azərbaycan əməkdaşlığı ayları adlandırmaq olar: “Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərindən sonra bir sıra tədbirlər baş tutdu. O cümlədən bu ölkənin Baş naziri Əli Əsədov ilə görüşdük”.

 

Baş nazir vurğulayıb ki, Sahibə Qafarovanın Belarusa səfəri çox vacib və dəyərlidir, çünki necə deyərlər parlamentlərarası əməkdaşlıq temp qazanır: “Səfərinizi Belarus-Azərbaycan dostluğunun möhkəmləndirilməsində mühüm məqam kimi görürük. Qarşıdakı illərdəki işimizin perspektivləri haqqında fikirləriniz çox dəyərlidir. İsti və qardaşlıq münasibətlərimizi ticari-iqtisadi müstəviyə çevirməyə borcluyuq”.

 

Baş nazir əlavə edib ki, parlamentin mövqeyi cəmiyyət üçün çox vacibdir: “Bunlar biznes və rəsmi şəxslər üçün düzgün siqnallardır”.

Gununsesi.info