Qırğızıstan ekstrasenslərin reklamını qadağan edir

Qırğızıstan parlamenti qanunvericiliyə dövlət ərazisində falçı, və ekstrasenslərin reklamını qadağan edən dəyişiklikləri təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, müvafiq qərar xidmətlərin göstərilməsi sahəsində vətəndaşların şüurunun hər hansı okkultiv, sehrli və digər etibarsız üsullarla manipulyasiyasına qarşı mübarizə məqsədilə qəbul edilib.

Sənədin əsaslandırma arayışında da qeyd olunur ki, psixoloq bacarığı olan şəxslər insanlardan saxta yolla pul almağa nail olurlar.

Hüquqşünasların fikrincə bildirib ki, Rusiyada gizli xidmətlər bazarının təxminən üçdə ikisi müxtəlif növ falçılıqla məşğuldur.

Digər 15-20 faizi isə zərərin aradan qaldırılması və sevgi sehrləri kimi müxtəlif ritualların payına düşür.

 

Gununsesi.info