
İtaliya hökuməti Ukraynanın infrastrukturunun bərpası üçün 140 milyon avro (150,37 milyon dollar) yardımı təsdiqləyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, ölkə hakimiyyəti hava hücumundan müdafiəni dəstəkləmək üçün daha bir paket göndərə bilər.
Qeyd edək ki, Tajani bir müddət əvvəl İtaliyanın Ukrayna ərazisinə bir dənə də əsgər göndərməyəcəyini qeyd edib.
O, həmçinin Ukrayna Silahlı Qüvvələrinə (AFU) Qərb ölkələrinin verdiyi silahlarla Rusiya ərazisinə hücuma icazə verilməsi ideyasına qarşı çıxıb.
Gununsesi.info