Hakan Fidan Vladimir Putinlə görüşüb -Foto

  • By ilhame
  • 11 İyun 2024 22:59

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.

 

“Nazirimiz Hakan Fidan Rusiya Federasiyası dövlət başçısı Vladimir Putin tərəfindən Kremldə qəbul edilib”, – xarici siyasət idarəsinin məlumatında diqqətə çatdırılıb.

Gununsesi.info