Kaçiniski Avropa İttifaqını ittiham edir

  • By admin
  • 11 İyun 2024 11:16

Polşanın müxalif ifrat sağçı Hüquq və Ədalət Partiyasının (PiS) lideri Yaroslav Kaçinski Avropa İttifaqını  “Fransa-Alman imperializminin yenidən qurulması” kimi xarakterizə edib.

Gununsesi.info-nun xəbərinə görə, Polşada ifrat sağçı Hüquq və Ədalət Partiyasının (PiS) lideri Yaroslav Kaçinski dünən paytaxt Varşavada səsvermədən sonra verdiyi açıqlamada Avropa İttifaqından (Aİ) narazılığını dilə gətirib.

Kaçinski 36,8 milyonluq Şərqi Avropa ölkəsi üçün Aİ üzvlüyünün vacib olduğuna inansa da, blokun “bərabər dövlətlərin birliyi olmalıdır” deyə vurğulayıb.

“Avropa İttifaqı iqtisadi səbəblərə görə bizim üçün vacibdir. Lakin bu, Franko-Alman imperializmini yenidən qurmaq cəhdi ola bilməz“.

 

Afət Abbasova

Gununsesi.info