Barmağında dəmir halqa sıxışıb qaldı

Bakının Yasamal rayonunda 1 nəfər barmağında dəmir halqa sıxışması səbəbindən köməksiz vəziyyətdə qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.

 

 

Gununsesi.info