Kilsəyə molotov kokteyli atıldı - Video

Rusiyanın Tümen vilayətində bir nəfər şəxs Dmitri Donskoy kilsəsinə molotov kokteyli atıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Hadisə yerli vaxtla 20.40 radələrində baş verib. Naməlum kişi məbədin fasadını yandırmağa cəhd edib.

İnternetdə binanın bir hissəsini əhatə edən yanğının videosu yayılıb.

Baza telegram kanalının məlumatına görə, yanğın törədən şəxs yanğından az sonra hadisə yerini velosipedlə tərk edib.

Onun əynində mavi cins şalvar və qara pencək olub.

Kişinin motivləri hələlik məlum deyil. Hazırda polis yanğın törədənin şəxsiyyətini müəyyənləşdirir və onu yaxalamağa çalışır.

Binanın fasadında baş verən yanğın yanğınsöndürənlər gələnə qədər hadisə şahidləri tərəfindən söndürülüb.

İstintaq Komitəsi iki cinayət işi açıb.

 

 

Gununsesi.info