
Astara rayonunun Rudəkənar kəndində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin eyvanının döşəməsi 3 m² sahədə və tavanı 3 m² sahədə yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.