AZAL-ın təyyarəsinin dəhşətli qəzası: - 65 adam ölüb /Video

Yeddi sərnişin qəza yerindən Aktaudakı regional xəstəxanaya aparılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

“Bir nəfərin vəziyyəti ağır, altı nəfərin vəziyyəti orta ağırdır”.

Həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 21 təcili yardım briqadası fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

 

 

Gununsesi.info