Azərbaycanda Ramazan bayramı qeyd olunur

  • By Günel
  • 30 Mart 2025 00:14

Azərbaycanda martın 30 və 31-i Ramazan bayramı qeyd olunur.

Gununsesi.info xəbər verir ki, Ramazan bayramının namazı martın 30-da saat 08:00-09:00 aralığında qılınacaq.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb.