Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Gununesi.info-ya nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2019-cu il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.