Rusiya Prezidenti Vladimir Putinin ənənəvi “Birbaşa xətt”i və böyük mətbuat konfransı dekabrın 10-da keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Budəfəki tədbir də əvvəlki illərdə olduğu kimi, birləşdirilmiş formatda təşkil olunacaq və “Vladimir Putinlə ilin yekunları” adlanacaq.
Qeyd edək ki, bu ad 2023-cü ildən istifadə olunur. Birbaşa xəttlə böyük mətbuat konfransının birləşdirilmiş formatı isə ilk dəfə 2020-ci ildə tətbiq edilib. Həmin vaxt pandemiya məhdudiyyətləri səbəbindən tədbirlərin əvvəlki qaydada ayrı-ayrılıqda keçirilməsi mümkün olmayıb.
Dekabrın 10-da Putin həm jurnalistlərin suallarını cavablandıracaq, həm də vətəndaşlardan daxil olan müraciətlərə münasibət bildirəcək












