
Avropa Parlamentinə keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün sorğular keçirlib.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, sorğuya qatılanların 33 faizi yoxsulluqla mübarizənin Avropa Parlamenti seçki kampaniyasının ən mühüm məsələsi olmasını istəsə də, 32 faizi ictimai sağlamlığı ön plana çıxarıb.
Bildirilir ki, Avropa Parlamentinə seçkilərə seçici marağının 5 il əvvəlkindən daha yüksək olduğu ortaya çıxıb.
Avropa İttifaqı (Aİ) ölkələri daxilində məlumat və tendensiyalar üzərində araşdırma aparan “Eurobarometer” sorğusuna əsasən, Aİ seçicilərinin 60 faizi seçkilərə maraq göstərdiyini göstərib.
2019-cu ilin son seçkilərində bu nisbət 49 faizi keçə bilməmişdi.
Avropa İttifaqına üzv 27 ölkənin vətəndaşları arasında keçirilən sorğuda iştirakçıların 81 faizi Ukrayna və Yaxın Şərqdəki münaqişələrin bu seçkilərin əhəmiyyətini daha da artırdığı qənaətindədir.
Günay Mahirqızı
Gununsesi.info